25 C
Baku
23 Sentyabr 2026, 23:16
Dünya

Tramp: İran ABŞ-a “nüvə tozu” verməyə hazırdır

ABŞ prezidenti Donald Tramp İranla mümkün nüvə sazişi barədə yeni açıqlama verib. O, jurnalistlərə bildirib ki, Tehran nüvə silahlarından imtina etməyi nəzərdə tutan təklif çərçivəsində müəyyən materialları ABŞ-a təhvil verə bilər.

ABŞ  prezidentinin sözlərinə görə, söhbət təkcə ümumi razılaşmadan yox, həm də İranın nüvə proqramı ilə bağlı konkret öhdəliklərdən gedir. O qeyd edib ki, İran “nüvə silahına sahib olmayacaq” və bununla bağlı müəyyən maddi elementlərin də təhvil verilməsi gündəmdədir.

ABŞ prezidentinin ifadə etdiyi “nüvə tozu” anlayışı, İranın nüvə obyektlərində saxlanılan yüksək dərəcədə zənginləşdirilmiş uran qalıqlarına işarə kimi izah olunur.

Tramp əlavə edib ki, təklif sadə bir sənəd deyil və bir neçə istiqaməti əhatə edən geniş razılaşma paketidir. Onun sözlərinə görə, məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Məsələ ilə bağlı İran tərəfinin rəsmi cavabı isə hələlik açıqlanmayıb.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul etdi

Aynur Camal

AB qarşıdakı 10 ildə 50 min peykin buraxılacağını gözləyir

Aynur Camal

Britaniya Rusiyanın NATO-ya hücum planı barədə məlumatı olmadığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu