Dünya

İran nüvə obyektlərini sökməkdən imtina edib

Bugun.tv xəbər verir ki, İran ABŞ-ın irəli sürdüyü təklifə cavab olaraq nüvə obyektlərinin sökülməsini qəbul etməyib.

The Wall Street Journal nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, Tehran nüvə proqramı ilə bağlı müəyyən güzəştlərə hazır olduğunu bildirsə də, Vaşinqtonun əsas tələblərindən biri olan nüvə obyektlərinin ləğvini rədd edib.

Məlumata əsasən, İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırılmasına razı ola biləcəyini bildirib. Lakin Tehran bunu ABŞ-ın tələb etdiyi kimi 20 il müddətinə deyil, daha qısa dövr üçün mümkün hesab edir.

Nəşr yazır ki, İran həmçinin zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsinin yenidən emal olunmasını, qalan hissəsinin isə üçüncü tərəfə verilməsini təklif edib. Bununla yanaşı, Tehran danışıqların nəticəsiz qalacağı və ya gələcəkdə ABŞ-ın razılaşmadan çıxacağı halda həmin nüvə yanacağının ölkəyə qaytarılmasına təminat istəyir.

Məlumata görə, İranın ABŞ-ın təklifinə cavabı vasitəçilər üzərindən Vaşinqtona çatdırılıb. Qətərin Al Jazeera telekanalı bildirib ki, cavabın ABŞ nümayəndələrinə çatdırılmasında Pakistan tərəfi vasitəçi rolunu oynayıb.

Beləliklə, tərəflər arasında nüvə danışıqlarında əsas fikir ayrılıqlarından biri kimi İranın nüvə obyektlərinin taleyi məsələsi qalmaqdadır.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Taliban Əfqanıstan rəsmilərinə smartfon istifadəsini qadağan etdi

Aynur Camal

Hörmüz boğazında yeni marşrut gərginliyi

Aynur Camal

Son illərin ən güclü zəlzələsi: Ölənlərin sayı 164 nəfərə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu