Həcc ziyarətində sürətli qatar tətbiqi
Bugun.tv xəbər verir ki, Səudiyyə Ərəbistanında həcc ziyarətinə gedən zəvvarların nəqliyyatını asanlaşdırmaq məqsədilə sürətli qatar tətbiqinə başlanılıb.
Pilot layihə çərçivəsində 5 min zəvvar Mədinədən Məkkəyə sürətli qatar vasitəsilə daşınıb.
Məlumata görə, əvvəllər avtomobil yolu ilə təxminən 7-8 saat davam edən səfər artıq sürətli qatar sayəsində cəmi 2 saat 15 dəqiqəyə başa çatır.
Türkiyə Diyanət İşləri Başqanlığının Həcc və Ümrə Xidmətləri Baş İdarəsinin paylaşımında bildirilib ki, yeni tətbiq zəvvarlara daha rahat, təhlükəsiz və komfortlu səyahət imkanı yaradır.
Qeyd olunub ki, gələcək illərdə bu sistemin bütün hacılar üçün genişləndirilməsi planlaşdırılır.
Mənbə: İLKHA
