Səhiyyə

Alimlər insan orqanizminin iki yaşda qəfil qocaldığını açıqlayıb

Bugun.tv xəbər verir ki, Stanford University alimlərinin apardığı geniş araşdırma insan orqanizminin yaşlanmasının tədricən deyil, iki kritik dövrdə qəfil sürətləndiyini ortaya çıxarıb.

Genetika mütəxəssisi Michael Snyder və komandası tərəfindən aparılan tədqiqat nəticəsində insanların əsas yaşlanma dalğalarını orta hesabla 44 və 60 yaşlarında yaşadığı müəyyən edilib.

Araşdırma çərçivəsində yaşı 25-70 arasında dəyişən 108 nəfər uzun müddət müşahidə olunub. İştirakçılardan götürülən bioloji nümunələr üzərində RNA, zülallar, lipidlər və mikrobiom daxil olmaqla 135 mindən çox bioloji göstərici analiz edilib.

Alimlər müəyyən ediblər ki, Alzheimer, ürək-damar xəstəlikləri və digər yaşlanma ilə əlaqəli problemlərin riski zamanla yavaş şəkildə deyil, məhz bu yaş dövrlərindən sonra kəskin şəkildə artır.

Mütəxəssislərin sözlərinə görə, 44 yaş ətrafında xüsusilə lipid, kofein və alkoqol metabolizmi ilə bağlı dəyişikliklər, həmçinin dəri və əzələ toxumalarında ciddi fərqlər müşahidə olunur. 60 yaş civarında isə karbohidrat metabolizmi, immun sistemi və böyrək funksiyalarında mühüm dəyişikliklər baş verir.

Tədqiqatçılar bildirirlər ki, bu dəyişikliklər yalnız qadınlarda menopauza ilə bağlı deyil, kişilərdə də oxşar molekulyar dəyişikliklərin qeydə alınması daha dərin bioloji faktorların rol oynadığını göstərir.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Həkim hipertoniyadan əziyyət çəkənlər üçün ən faydalı məhsulları açıqlayıb

Aynur Camal

Yanlış seçilmiş büstqalter sağlamlıq üçün təhlükə yarada bilər

Aynur Camal

30 yaşdan sonra sağlamlığın qəfil pisləşməsinin səbəbi açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu