DünyaSiyasət

İsrail ordusu tarixinin ən böyük müdafiə büdcəsini tələb edib

Bugun.tv xəbər verir ki, İsrail ordusu davam edən hərbi əməliyyatlar və regionda artan gərginliyi əsas gətirərək tarixinin ən böyük müdafiə büdcəsinin ayrılmasını istəyib.

İsrail mətbuatında yayılan məlumatlara görə, Müdafiə Nazirliyi təxminən 1,5 ay əvvəl 48 milyard dollara yüksəldilən hərbi büdcəyə əlavə olaraq daha 40 milyard şekel (təxminən 13,3 milyard dollar) ayrılmasını tələb edib.

Tələbin qəbul olunacağı təqdirdə, ölkənin müdafiə xərclərinin rekord səviyyəyə çatacağı bildirilir.

Məlumata görə, büdcə artımının əsas səbəbləri arasında İranla yaşanan gərginlik, Qəzza, Livan və Suriyada davam edən hərbi əməliyyatlar, eləcə də ordunun yüksək hazırlıq vəziyyətində saxlanılması göstərilir. İsrail rəsmiləri ordunun eyni vaxtda bir neçə cəbhədə fəaliyyət göstərməsinin maliyyə yükünü artırdığını qeyd ediblər.

Qeyd olunur ki, yeni artım təsdiqlənərsə, 2026-cı il üçün müdafiə xərcləri 184 milyard şekelə (təxminən 61,3 milyard dollar) çatacaq və bu, İsrail tarixində ən yüksək göstərici olacaq.

İsrail Maliyyə Nazirliyi isə büdcə artımına sərt reaksiya verib. Nazirlik rəsmiləri belə bir artımın dövlət maliyyəsinə ağır yük yaradacağını bildirərək, bunun nəticələrinin vətəndaşlar tərəfindən uzun illər hiss ediləcəyini vurğulayıblar.

Maliyyə qurumu həmçinin xəbərdarlıq edib ki, müdafiə xərclərinin artması təhsil, səhiyyə və sosial rifah sahələrində ixtisarlara səbəb ola bilər.

Xəbərdə bildirilir ki, büdcəyə ən ciddi təsir edən amillərdən biri ehtiyatda olan hərbçilərin sayının artırılmasıdır. İranla gərginlikdən sonra səfərbər edilən ehtiyat hərbçilərin sayı 40 mindən 110 minə yüksəlib və bunun əlavə təxminən 10 milyard dollarlıq xərc yaratdığı qeyd olunur.

Hazırda müxtəlif cəbhələrdə təxminən 100 min ehtiyat hərbçinin xidmət etdiyi bildirilir.

Bundan əlavə, İsrail ordusunun Livanın cənubundakı hərbi mövcudluğunun gündəlik xərci təxminən 33,3 milyon dollar olaraq qiymətləndirilir. Bu vəziyyətin müdafiə büdcəsinə təzyiqi daha da artırdığı vurğulanır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Şirkət Yer kürəsini nanosferlərlə soyutmaq istəyir: Layihə mübahisələr yaradıb

Aynur Camal

ABŞ-də seçicilərin üçdə ikisi İranla müharibəni dəstəkləmir

Aynur Camal

Mübahisəsiz ünsiyyət: problemləri konstruktiv şəkildə necə müzakirə etmək olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu