Baş xəbərSosial

İlk inklüziv “Velomobil” beynəlxalq forumda böyük maraq doğurdu

Bugun.tv xəbər verir ki, Dünya Şəhər Forumu 13 – World Urban Forum 13 çərçivəsində Azərbaycanda hazırlanmış ilk inklüziv elektrik nəqliyyat vasitəsi olan “Velomobil”in təqdimatı böyük maraqla qarşılanıb.

Bu gün baş tutan tədbirdə yerli və xarici qonaqlar layihə ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Təqdimat zamanı iştirakçılar “Velomobil”in texniki imkanları, funksionallığı və inklüziv şəhər nəqliyyatı üçün nəzərdə tutulan üstünlükləri barədə ətraflı məlumatlandırılıblar. Layihə tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Tədbirdə layihənin rəhbəri Cavid Rəhimov və “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyinin sədri Firuzə Babayeva monitor üzərindən təqdimatla çıxış ediblər. Onlar çıxışlarında “Velomobil” layihəsinin yaranma məqsədi, sosial əhəmiyyəti, texniki parametrləri və gələcək perspektivləri barədə danışıblar.

Qeyd olunub ki, layihənin əsas məqsədi şəhər mühitində hər kəs üçün əlçatan, təhlükəsiz və ekoloji təmiz nəqliyyat modelinin formalaşdırılmasına töhfə verməkdir. Çıxışlarda həmçinin bildirilib ki, “Velomobil” yalnız mühəndislik yeniliyi deyil, eyni zamanda inklüziv cəmiyyətin inkişafına xidmət edən sosial layihədir.

Təqdimatdan sonra media nümayəndələrinin sualları cavablandırılıb. Jurnalistləri xüsusilə nəqliyyat vasitəsinin texniki göstəriciləri, enerji sistemi, istifadə imkanları və gələcəkdə istehsal perspektivləri maraqlandırıb. Layihə müəllifləri verilən sualları ətraflı cavablandıraraq “Velomobil”in gələcəkdə daha geniş platformalarda təqdim olunacağını bildiriblər.

Tədbir iştirakçıları tərəfindən qeyd olunub ki, bu layihə Azərbaycanın innovasiya və texnologiya sahəsində yeni uğurlarından biri hesab oluna bilər. Yerli mühəndislər tərəfindən hazırlanmış “Velomobil” həm ekoloji yanaşması, həm də sosial inklüzivliyi ilə diqqət çəkən mühüm təşəbbüslərdən biri kimi dəyərləndirilib.

Aynur Camal

Oxşar xəbərlər

Təbriz Məhərrəmoğlu: “Bu kitab türk dünyasının strateji yol xəritəsidir”

Aynur Camal

Səhərini yoqa ilə aç! 

Aynur Camal

“Dam örtüyünü təmir etmək üçün niyə icazə tələb olunur?” – Binəqədidə illərlə həllini tapmayan problem

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu