Bugun.tv xəbər verir ki, alimlər uşaqlıq dövründə həddindən artıq zərərli qida qəbulunun beynin inkişafına uzunmüddətli mənfi təsir göstərə biləcəyini açıqlayıblar.
Beynəlxalq tədqiqat məlumatlarına görə, yüksək şəkərli və yağlı qidalar uşaqlarda iştaha nəzarəti və qidalanma davranışını tənzimləyən beyin bölgələrinin fəaliyyətini dəyişə bilər.
Araşdırma müəllifləri bildiriblər ki, erkən yaşlarda formalaşan qeyri-sağlam qidalanma vərdişləri sonradan sağlam qidalanmaya keçilsə belə, beyində qalıcı dəyişikliklər yarada bilər. Tədqiqat zamanı yüksək kalorili qidaların sinir sistemi üzərində uzunmüddətli təsiri müşahidə olunub.
Mütəxəssislər uşaqlarda fast-food, qazlı içkilər və həddindən artıq şəkərli məhsulların istifadəsinin məhdudlaşdırılmasının vacibliyini vurğulayıblar. Onların sözlərinə görə, düzgün qidalanma yalnız fiziki sağlamlıq deyil, həm də beynin normal inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Mənbə: mail.ru
