Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trump Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memorandumu xatirə hədiyyəsi kimi təqdim edilib.
Memorandumda Trampın şəxsi qeydi və xoş arzuları yer alıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev göstərilən diqqətə görə ABŞ prezidenti Donald Trumpa təşəkkürünü ifadə edib və bu jesti yüksək qiymətləndirdiyini bildirib.
Qeyd edək ki, 907-ci düzəliş uzun illərdir Azərbaycan-ABŞ münasibətlərində mühüm siyasi mövzulardan biri hesab olunur və onun dayandırılması iki ölkə arasında əməkdaşlıq baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir.
Mənbə: prezident.az
