Baş xəbərSiyasət

ABŞ-dan 907-ci düzəlişlə bağlı xatirə hədiyyəsi

ABŞ Prezidenti Donald Trump Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memorandumu xatirə hədiyyəsi kimi təqdim edib.

Bugun.tv xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidentinin rəsmi sosial media hesabında paylaşım edilib.

Memorandumda Trampın şəxsi qeydi və xoş arzuları yer alıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev göstərilən diqqətə görə ABŞ prezidenti Donald Trumpa təşəkkürünü ifadə edib və bu jesti yüksək qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, 907-ci düzəliş uzun illərdir Azərbaycan-ABŞ münasibətlərində mühüm siyasi mövzulardan biri hesab olunur və onun dayandırılması iki ölkə arasında əməkdaşlıq baxımından əhəmiyyətli addım kimi dəyərləndirilir.

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Rusiyanın maliyyə nazirini G20 danışıqlarına qaytardı

Aynur Camal

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Tramp İranın Xark adasının “dağıdıldığını” iddia edib – ABŞ bunu təsdiqləməyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu