Siyasət

Vüqar Rəhimzadə: “Heydər Əliyevin Bakıya qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi”

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Rəhimzadə 1993-cü il iyunun 9-da Ümummilli Lider Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışını Azərbaycan dövlətçiliyinin taleyində dönüş nöqtəsi kimi dəyərləndirib.

Deputat Citypost.az-a açıqlamasında bildirib ki, həmin tarix müasir müstəqil Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı olub. Onun sözlərinə görə, xalqın təkidli tələbi ilə Heydər Əliyevin Bakıya qayıdışı ölkənin parçalanmaq təhlükəsindən xilas edilməsinə və dövlətçiliyin qorunmasına zəmin yaradıb.

Vüqar Rəhimzadə qeyd edib ki, 1991–1993-cü illər Azərbaycanın müasir tarixinin ən mürəkkəb dövrlərindən biri olub. Onun sözlərinə görə, həmin illərdə ölkədə hökm sürən siyasi böhran, idarəetmədəki ciddi problemlər, hakimiyyət uğrunda mübarizə və Ermənistanın hərbi təcavüzü Azərbaycanı ağır vəziyyətə salmışdı.

Deputat vurğulayıb ki, 1993-cü ilin iyun hadisələri fonunda ölkədə vətəndaş qarşıdurması təhlükəsi yaranmışdı. Belə bir şəraitdə xalqın ümid yeri olan Heydər Əliyevin Bakıya qayıdışı insanların sabaha inamını bərpa edib.

Rəhimzadənin sözlərinə görə, Ümummilli Lider Bakıya gəldikdən dərhal sonra Gəncəyə səfər edərək yaranmış vəziyyətlə yerində tanış olub, qarşıdurmanın aradan qaldırılması və sabitliyin təmin edilməsi istiqamətində mühüm addımlar atıb.

Deputat hesab edir ki, Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycan siyasi böhrandan çıxaraq inkişaf yoluna qədəm qoyub. Onun fikrincə, 1993-cü il ölkənin müasir tarixində dönüş ili kimi yadda qalıb və həmin dövrdən etibarən dövlət quruculuğu, sabitlik və inkişaf mərhələsi başlayıb.

Mənbə: CityPost

Aynur Camal

Oxşar xəbərlər

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Pentaqonda kimyəvi həyəcan: Bir neçə mərtəbə təxliyə edildi

Aynur Camal

Kim Çen In Putini Rusiyanın Milli Günü münasibətilə təbrik edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu