24 C
Baku
16 Sentyabr 2026, 23:10
Dünya

Su-24M bombardman təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu

Bugun.tv xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24M tipli bombardman təyyarəsi Xmelnitski vilayətində tapşırıq yerinə yetirərkən qəzaya uğrayıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının yaydığı məlumata görə, hadisə yerli vaxtla saat 19:00 radələrində baş verib. Təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələlik açıqlanmayıb.

Bildirilib ki, axtarış-xilasetmə qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmaları davam etdirirlər. İlkin məlumata əsasən, qəza nəticəsində mülki əhali arasında ölən və ya yaralanan olmayıb.

Qəza zamanı təyyarədə olan iki pilotun həlak olduğu təsdiqlənib.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İlin əvvəlindən 4 900-dən çox restoran müflis oldu

Aynur Camal

Süni intellekt agentləri insanların başa düşmədiyi öz dillərini formalaşdırdı

Aynur Camal

700 ildir bu qayaların içində yaşayırlar: nə kondisioner, nə də qaz var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu