Bugun.tv xəbər verir ki, mütəxəssislər isti havalarda həddindən artıq soyuq içkilərin qəbulunun sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Health Mail yazır ki, orqanizm yüksək temperatur şəraitində ani şəkildə buzlu su və ya digər çox soyuq içkilərlə təmasda olduqda damarların sürətlə daralması baş verir.
Bu isə baş ağrısı, boğazın qıcıqlanması və həzm sistemində narahatlıqlara gətirib çıxara bilər. Həkimlər susuzluğu aradan qaldırmaq üçün otaq temperaturuna yaxın sərin içkilərə üstünlük verilməsini tövsiyə edirlər.
Onların sözlərinə görə, maye qəbulu müntəzəm olmalı, lakin temperatur fərqi kəskin olmamalıdır.
Mənbə: mail.ru
