Baş xəbərİdman

Dünya Kuboku azarkeşlərini güclü tufan təhlükəsi gözləyir

Bugun.tv xəbər verir ki, İsveçdə 2026-cı il futbol üzrə Dünya Kuboku matçlarını açıq havada izləməyə hazırlaşan azarkeşlər əlverişsiz hava şəraiti ilə üzləşə bilər. Ölkənin cənub bölgələri üçün güclü yağış, ildırım və şimşək çaxmaları ilə bağlı xəbərdarlıq edilib.

İsveçin Dövlət Meteorologiya və Hidrologiya İnstitutu (SMHI) və yerli meteoroloqlar bildiriblər ki, şənbə günü gözlənilən əlverişsiz hava şəraiti minlərlə azarkeşin fan-zonalarda və açıq məkanlarda oyunları izləməsinə mane ola bilər. Xüsusilə ölkənin cənub hissələrində leysan xarakterli yağışların və güclü ildırım aktivliyinin müşahidə olunacağı proqnozlaşdırılır.

İsveç yığmasının Tunisi 5:1 hesabı ilə məğlub etməsindən sonra ölkədə futbol ab-havası yüksəlib.

Niderlandla keçiriləcək qarşılaşma öncəsi paytaxt Stokholmdakı Olimpiya Stadionu ətrafında minlərlə azarkeşin toplaşması gözlənilir. Lakin şəhər rəhbərliyi ildırım təhlükəsi yaranacağı təqdirdə tədbirlərin dayandırılacağını və insanların təhlükəsiz yerlərə yönləndiriləcəyini açıqlayıb.

Rəsmilər bildirirlər ki, hava şəraiti ilə bağlı qərarlar son anda yenidən qiymətləndiriləcək. Buna baxmayaraq, azarkeşlərin əksəriyyətinin komandalarına dəstək verməkdən vaz keçməyəcəyi vurğulanır. İsveç millisi qrup mərhələsində son oyununu iyunun 26-da Yaponiya yığmasına qarşı keçirəcək.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: ABŞ-İran memorandumu yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır

Aynur Camal

Ultra emal olunmuş qidalar asılılıq yaradır: Problem iradədə deyil, bioloji tələdədir

Aynur Camal

FIFA nifrət nitqinə qarşı tədbirləri gücləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu