Image default
Dünya

Süni intellektə yatırımlar sürətlə artır

Bugun.tv xəbər verir ki, Sinqapurda keçirilən Reuters NEXT Asia forumunda siyasətçilər, investorlar və biznes liderləri Asiyanın süni intellekt, rəqəmsal aktivlər və maliyyə texnologiyaları sahəsində qlobal təsirinin sürətlə artdığını bildiriblər.

Forumda çıxış edən iştirakçılar qeyd ediblər ki, süni intellekt qlobal iqtisadiyyatın əsas inkişaf istiqamətlərindən birinə çevrilib. Bununla yanaşı, investorlar yalnız bu texnologiyanı inkişaf etdirən şirkətlərə deyil, həm də süni intellektin yaratdığı dəyişikliklərə uyğunlaşa bilən bizneslərə üstünlük verməyə başlayıblar.

Sinqapurun dövlət investisiya şirkəti Temasek yaxın beş il ərzində süni intellekt sahəsinə yatırımların payını 6 faizdən 15 faizə çatdırmağı planlaşdırdığını açıqlayıb. Bununla yanaşı, investorlar məlumat mərkəzləri, soyutma sistemləri və digər texnoloji infrastruktura yatırımların da perspektivli olduğunu bildiriblər.

Forum iştirakçıları Asiyanın geosiyasi dəyişikliklər fonunda qlobal iqtisadi artımın əsas mərkəzlərindən biri olaraq qaldığını vurğulayıblar. Onların fikrincə, regionun istehsal gücü, geniş istehlak bazarı və texnologiyalara yönələn investisiyalar yaxın illərdə də beynəlxalq maliyyə və innovasiya sahəsində mühüm rol oynayacaq.

Ekspertlər həmçinin süni intellekt bazarında həddindən artıq qiymətləndirmə risklərinin mövcud olduğunu qeyd edərək, gələcəkdə bu texnologiyanın real iqtisadi səmərəsinin əsas meyar olacağını bildiriblər.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da 26 yaşlı siyasətçi Konqresin ən gənc üzvlərindən biri olmağa hazırlaşır

Aynur Camal

Rusiyada özəl kosmik sənayeyə yatırımlar ediləcək

Aynur Camal

Rekord istilər və meşə yanğınları ilə mübarizəni davam etdirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu