Image default
Dünya

Böyük Britaniyanın yeni baş nazirini seçir

Bugun.tv xəbər verir ki, Böyük Britaniyanın yeni baş naziri olması gözlənilən Endi Börnhemin gələn həftə daxili işlər naziri Şabana Mahmudu maliyyə naziri vəzifəsinə təyin edəcəyi bildirilir.

Reuters agentliyinin Financial Times qəzetinə istinadən yaydığı məlumata görə, bu barədə Börnhemin planlarından xəbərdar olan üç mənbə məlumat verib. Xəbərin yayılmasından sonra sterlinq avroya qarşı son bir ilin ən yüksək səviyyəsinə yüksəlib.

Məlumata əsasən, Börnhemin baş nazir vəzifəsini rəsmən icra etməyə başlamasından sonra hökumətdə ciddi kadr dəyişiklikləri gözlənilir. Şabana Mahmudun iqtisadi siyasət sahəsində böyük təcrübəsi olmasa da, onun Leyborist Partiyasının daha mərkəzçi qanadını təmsil etdiyi bildirilir.

Endi Börnhem isə verdiyi açıqlamada ölkənin maliyyə vəziyyətini diqqətlə qiymətləndirəcəyini bildirib. O qeyd edib ki, dövlət maliyyəsinin sabitliyini təmin etmək üçün gələcəkdə çətin qərarlar qəbul etmək, o cümlədən vergi siyasətində dəyişikliklər etmək lazım gələ bilər. Bununla belə, belə qərarların yaxın vaxtlarda qəbul olunmayacağını vurğulayıb.

Şabana Mahmudun nümayəndəsi yayılan xəbərləri şərh etməkdən imtina edib. Daha sonra, Börnhemin komandası isə rəsmi açıqlamanın veriləcəyini bildirib. Reuters qeyd edir ki, mümkün təyinatlarla bağlı yekun qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Dietoloq xolesterinə nəzarət üçün gündəlik qoz yeməyi tövsiyə etdi

Aynur Camal

Astronomlar təsadüfən indiyədək birbaşa görüntülənən ən zəif ekzoplaneti aşkar etdilər

Aynur Camal

Türkiyə dünyanın ən çox ziyarət edilən 4-cü ölkəsi oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu