Image default
Səhiyyə

Həkim: Dişlərin vaxtından əvvəl itirilməsi ömrün uzunluğuna təsir göstərə bilər

Bugun.tv xəbər verir ki, ağız boşluğunun sağlamlığı təkcə dişlərin vəziyyətinə deyil, ümumi sağlamlığa və həyat keyfiyyətinə də təsir göstərə bilər.

Rusiyalı stomatoloq Artem Xarlamov Gazeta.ru-ya açıqlamasında bildirib ki, narahatlıq doğuran əsas məqam itirilən dişlərin sayı deyil, bu prosesin nə qədər sürətlə baş verməsidir. Onun sözlərinə görə, qısa müddətdə bir neçə dişin itirilməsi xroniki iltihabi proseslərin əlaməti ola bilər.

Həkim qeyd edib ki, Çində aparılan araşdırmalar tam dişsiz insanların ölüm riskinin dişlərini qoruyub saxlayanlarla müqayisədə daha yüksək olduğunu göstərib. Mütəxəssis vurğulayıb ki, bu nəticə diş itkisi ilə ömür uzunluğu arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir, lakin ağız boşluğundakı xroniki problemlərin orqanizmin ümumi vəziyyəti ilə əlaqəli ola biləcəyini göstərir.

Xarlamovun sözlərinə görə, çeynəmə dişlərinin itirilməsi qidalanma vərdişlərini dəyişir. İnsanlar sərt qidaları qəbul etməkdə çətinlik çəkdiyi üçün daha yumşaq qidalara üstünlük verir ki, bu da qida rasionunun kasadlaşmasına, çəki itkisinə, qida çatışmazlığına və əzələ kütləsinin azalmasına səbəb ola bilər.

Mütəxəssis əlavə edib ki, yaşlı insanlarda dişlərin az olması və onların protezlə bərpa edilməməsi yaddaş, diqqət və düşünmə qabiliyyətinin zəifləməsi ilə də əlaqələndirilir. O, dişlərin vaxtında müalicəsi və itirilən dişlərin bərpasının ümumi sağlamlığın qorunması baxımından vacib olduğunu bildirib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Həkim yataq dəstinin nə üçün ən geci 10 gündən bir dəyişdirilməli olduğunu açıqladı

Aynur Camal

Kardioloq ürək üçün ən faydalı balığı açıqladı

Aynur Camal

Xiyar dilimləri gözaltı şişkinliyi azaldırmı?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu