Image default
Maraqlı faktlar

Yuxuda qəfil yıxılma hissi niyə yaranır? – Somnoloq və psixoloq səbəbləri açıqladı

Bir çox insan yuxuya gedərkən qəfil hündürlükdən yıxıldığını hiss edir və diksinərək oyanır. Mütəxəssislər bildirirlər ki, bu hal əksər hallarda beynin və sinir sisteminin normal fəaliyyəti ilə əlaqədardır.

Somnoloq Maksim Novikovun sözlərinə görə, insan yatarkən beyin fəaliyyətini dayandırmır. O, gün ərzində toplanan məlumatları emal edir və müxtəlif ssenarilər formalaşdırır. Yuxuda yıxılma hissi isə vestibulyar aparat, bədənin məkan hissi və əzələ tonusu ilə bağlı siqnalların beyin tərəfindən yanlış şərh edilməsindən yaranır. Bu zaman insan hərəkət etməsə də, beyin uçma və ya yıxılma hissini yaradır.

Mütəxəssislər qeyd edirlər ki, yuxuya keçid zamanı baş verən qəfil əzələ yığılması – hipnik miokloniya da normal fizioloji hal hesab olunur. Bu vəziyyət insanların əksəriyyətində həyatının ən azı bir dəfə müşahidə edilir və adətən müalicə tələb etmir.

Klinik psixoloq Anastasiya Helemelya isə bildirir ki, yuxuda təkrarlanan yıxılma səhnələri bəzən stress, emosional gərginlik, həyatdakı dəyişikliklər və nəzarəti itirmək hissi ilə əlaqəli ola bilər. Onun sözlərinə görə, bu cür yuxular gələcəyi xəbər vermir, əksinə insanın psixoloji vəziyyətinə diqqət yetirməsi üçün bir siqnaldır.

Mütəxəssislər yuxu keyfiyyətini artırmaq üçün eyni saatda yatıb oyanmağı, axşam saatlarında kofein və nikotindən uzaq durmağı, otaqda rahat şərait yaratmağı və stressi azaltmağa kömək edən üsullardan istifadə etməyi tövsiyə edirlər. Əgər yuxuda diksinmə tez-tez təkrarlanır, güclü panika, gündüz yuxululuğu və ya digər nevroloji əlamətlərlə müşayiət olunursa, həkimə müraciət etmək məsləhətdir.

Mənbə:   mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Araşdırma: Samanyolu qalaktikası keçmişdə tamamilə yan yatmış ola bilər

Aynur Camal

İlk fotoşəkil necə yaranıb? – Tarixi dəyişən ixtiranın maraqlı hekayəsi – Araşdırma

Aynur Camal

“At alanda dişinə baxarlar” – əsrlərdən gələn müdrik məsləhətin sirri – Araşdırma 

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu