Səhiyyə

Siqaret çəkmək görmə qabiliyyətini zəiflədə bilər

Siqaret çəkmək təkcə ürək və ağciyərlərə deyil, həm də göz sağlamlığına ciddi zərər verə bilər. Rusiyalı oftalmoloq Zarina Kuraçinovanın sözlərinə görə, siqaretin tərkibindəki zərərli maddələr gözləri qidalandıran damarları zədələyir və görmə qabiliyyətinin zəifləməsi riskini artırır.

Həkim bildirib ki, siqaret çəkmək qan damarlarının fəaliyyətini pozur, orqanizmdə oksidləşdirici stressi artırır və yaşla əlaqədar göz xəstəliklərinin yaranma ehtimalını yüksəldir. Xüsusilə katarakta, torlu qişa xəstəlikləri və damar pozğunluqlarına irsi meyilli şəxslər üçün bu vərdiş daha böyük təhlükə yaradır.

Mütəxəssis vurğulayıb ki, siqaretdən imtina etmək yalnız ürək-damar və tənəffüs sistemi üçün deyil, həm də göz sağlamlığının qorunması baxımından mühüm addımdır.

Digər oftalmoloq Mariya Levina isə 50 yaşdan sonra görmə qabiliyyətini qorumaq üçün sağlam qidalanmanın vacibliyini qeyd edib. Onun sözlərinə görə, ispanaq tərkibindəki lutein və zeaksantin sayəsində torlu qişanı qoruyur, yağlı balıq isə omeqa-3 yağ turşuları ilə göz sağlamlığını dəstəkləyir.

Həkimlər həmçinin hər il oftalmoloq müayinəsindən keçməyi və gözləri ultrabənövşəyi şüalardan qorumağı tövsiyə edirlər.

Mənbə: News.ru

Aynur Camal

Oxşar xəbərlər

Johnson & Johnson talk iddialarını həll etmək üçün 5,5 milyard dollar ödəyəcək

Aynur Camal

Televiziya qarşısında uzun vaxt keçirmək beyin həcmini kiçildir

Aynur Camal

Dietoloq yay pikniki üçün ən faydalı qidaları açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu