Dünya

Pentaqon hava hücumundan müdafiə raketlərinin istehsalını artırmaq üçün 3 milyard dollarlıq müqavilələr imzaladı

Bugun.tv xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Lockheed Martin və Northrop Grumman şirkətləri ilə Patriot və THAAD hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlərin istehsal gücünün artırılmasına yönəlmiş ümumi dəyəri 3 milyard dollardan çox olan müqavilələr imzalayıb.

Pentaqonun məlumatına görə, çoxillik çərçivə sazişləri kritik raket komponentlərinin istehsal imkanlarını genişləndirəcək. Bunun nəticəsində gələcəkdə Patriot sistemləri üçün PAC-3 raketlərinin istehsal həcminin üç dəfə, THAAD sistemləri üçün isə dörd dəfə artırılması nəzərdə tutulur.

Northrop Grumman bildirib ki, müqavilələrin təxminən 2 milyard dolları PAC-3 raketləri üçün mühərriklərin və digər əsas komponentlərin istehsalına, 1 milyard dolları isə növbəti yeddi il ərzində THAAD sisteminin komponentlərinin istehsalının genişləndirilməsinə yönəldiləcək.

Xatırladaq ki, iyulun sonunda Pentaqon Lockheed Martin ilə Patriot raketlərinin istehsalı və tədarükü üzrə yeddi illik müqavilənin ümumi dəyərini 58,6 milyard dollara çatdırdığını açıqlamışdı.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

İki yanğınsöndürmə helikopteri toqquşdu – iki nəfər həlak oldu

Aynur Camal

Yaşıl və qara zeytun arasında fərq nədir? – Mütəxəssislər açıqladı

Aynur Camal

Ruben Rubinyan Ermənistan parlamentinin sədri seçildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu