Dünya

Türkiyə qlobal maliyyə mərkəzinə çevrilmək üçün yeni vergi güzəştləri hazırlayır

Türkiyə Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan iqtisadi və geosiyasi qeyri-sabitlik fonunda qlobal maliyyə mərkəzinə çevrilməyi hədəfləyir. Bu məqsədlə Ankara xarici investorlar və varlı şəxslər üçün geniş vergi güzəştləri paketi hazırlayıb.

Bugun.tv xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Məlumata görə, yeni proqram çərçivəsində xaricdə əldə olunan gəlirlərin 20 ilədək vergidən azad edilməsi, aşağı miras vergisinin tətbiqi və xaricdəki aktivlərin ölkəyə qaytarılması üçün vergi amnistiyasının verilməsi nəzərdə tutulur.

Bloomberg yazır ki, Türkiyə bu addımlarla əsas rəqiblərinin zəifləyən mövqeyindən yararlanmağa çalışır. Belə ki, Böyük Britaniya son dövrdə yüksək gəlirli rezidentlər üçün vergi qaydalarını sərtləşdirib, Fars körfəzi ölkələri isə artan geosiyasi risklərlə üzləşib.

Nəşr qeyd edir ki, Türkiyənin ən cəlbedici təşəbbüslərindən biri 400 min ABŞ dolları dəyərində daşınmaz əmlak alan xarici vətəndaşlara ölkə vətəndaşlığı verilməsi proqramıdır.

Bununla yanaşı, analitiklər bildirirlər ki, yüksək inflyasiya, türk lirəsinin qeyri-sabitliyi, siyasi risklər və beynəlxalq maliyyə bazarının yetərincə inkişaf etməməsi ölkəyə iri həcmli xarici kapitalın cəlb olunmasını çətinləşdirən əsas amillər olaraq qalır.

Mənbə: Bloomberg

Aynur Camal

Oxşar xəbərlər

Danimarka şahzadəsi İzabella 11 aylıq hərbi xidmətə başladı

Aynur Camal

Saçları həftədə bir dəfə yumaq onların daha gec yağlanmasına kömək edirmi?

Aynur Camal

Rekord istilər təhlükəli hava buludları yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu