axşam yeməyindən sonra, həzm sistemi problemləri, dietoloq məsləhəti, mədə yanması səbəbləri, şişkinlik problemi, sağlam qidalanma, yeməkdən sonra gəzmək, həzm sistemi xəbərləri
Səhiyyə

Alimlər: Yemək zamanı su içmək iştahanı azaltmır

Yemək zamanı su içməyin iştahanı azaltdığı və daha az qida qəbul etməyə kömək etdiyi barədə geniş yayılmış fikir elmi araşdırma ilə təsdiqlənməyib. Əksinə, yeni tədqiqat su içən insanların daha çox yemək yeyə bildiyini göstərib.

Bugun.tv xəbər verir ki, bu barədə Health Mail.ru məlumat yayıb.

ABŞ-ın Kornell Universiteti və Pensilvaniya Dövlət Universitetinin alimləri 86 könüllünün iştirak etdiyi araşdırmada ümumilikdə 172 yemək qəbulunu təhlil ediblər. İştirakçılara eyni həcmdə yemək və su təqdim olunub, daha sonra isə istədikləri qədər yeyib-içmələrinə icazə verilib.

Tədqiqatın nəticələrinə görə, yemək zamanı əlavə içilən hər 100 millilitr su orta hesabla 39 qram artıq qida və təxminən 49 kilokalori əlavə enerji qəbulu ilə əlaqələndirilib. Başqa sözlə, yemək zamanı daha çox su içən iştirakçılar orta hesabla daha çox qida qəbul ediblər.

Alimlər hesab edirlər ki, su qidanın çeynənməsini və udulmasını asanlaşdırır, ağız quruluğunu azaldır və yeməyin dad hissini daha uzun müddət qoruyur. Bu isə insanların yeməyə davam etməsinə səbəb ola bilər.

Araşdırmada maraqlı bir nəticə də əldə olunub. Belə ki, suyu daha sürətlə içən iştirakçıların əksinə, daha az qida qəbul etdiyi müşahidə olunub. Lakin alimlər hələlik bu halın səbəbini izah edə bilmirlər.

Tədqiqat müəllifləri vurğulayıblar ki, araşdırma yalnız əlaqəni göstərir və səbəb-nəticə münasibətini sübut etmir. Onların fikrincə, nəticələrin daha geniş miqyaslı tədqiqatlarla təsdiqlənməsinə ehtiyac var.

Mənbə: Health Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Uşaqlar üçün D vitamininin 4 ən yaxşı qida mənbəyi açıqlandı

Aynur Camal

Alimlər hər gün məşq etmədən arıqlamağın yolunu müəyyən etdilər

Aynur Camal

Dünyada antibiotiklərə davamlılıq təhlükəsi artır: Mütəxəssislər xəbərdarlıq edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu