Bugün.tv xəbər verir ki, Pekində keçirilən Dünya Humanoid Robot Oyunlarında 2 mindən çox humanoid robot müxtəlif idman növlərində mübarizə aparır.
Associated Press-in 25 avqust tarixli materialına görə, robotlar qaçış, futbol, stolüstü tennis, rəqs, sərbəst döyüş və kəndirçəkmə kimi yarışlarda iştirak edir. Oyunlarda robotların fiziki imkanları və mürəkkəb hərəkətləri yerinə yetirmək bacarığı nümayiş etdirilir.
Yarışların ən diqqətçəkən nəticələrindən biri 100 metr məsafəyə qaçışda qeydə alınıb. Pekindəki oyunların açılışında Çin istehsalı humanoid robot 9,39 saniyə nəticə göstərərək Usain Boltun 2009-cu ildə müəyyən etdiyi 9,58 saniyəlik dünya rekordunu geridə qoyub. Digər robot isə hündürlüyə yerindən tullanma üzrə 2,88 metr nəticə göstərərək insan rekordunu da keçib.

Bu ilki yarışlarda 16 ölkədən iştirakçıların olduğu bildirilir. Təşkilatçıların məlumatına görə, oyun proqramında ümumilikdə 51 yarış növü və mindən çox qarşılaşma nəzərdə tutulub.
Mütəxəssislər isə qeyd edirlər ki, humanoid robotların imkanları sürətlə artsa da, onların əksəriyyəti hələlik real iş mühitində geniş tətbiqdən daha çox nümayiş və tədqiqat məqsədləri üçün istifadə olunur.

Mənbə: AP News
