balkon günəş panelləri, günəş enerjisi, elektrik enerjisinə qənaət, alternativ enerji, bərpa olunan enerji, Almaniya, günəş elektrik sistemləri, enerji xərcləri
Maraqlı faktlar

Günəş panelləri elektrik xərclərini azaltmağa kömək etdi

Elektrik enerjisinə qənaət etmək istəyənlər arasında dam örtüyünə quraşdırma tələb etməyən kiçik günəş panellərinə maraq artır. Balkon, bağça və pəncərə önündə yerləşdirilə bilən bu sistemlər mənzillərdə yaşayan insanlara da öz elektrik enerjilərini istehsal etmək imkanı yaradır.

Bugun.tv xəbər verir ki, balkon tipli günəş panelləri ənənəvi dam sistemləri ilə müqayisədə daha az xərc tələb edir. Panellərin günəş işığından əldə etdiyi enerji invertor vasitəsilə evdə istifadə edilə bilən elektrik enerjisinə çevrilir. Uyğun elektrik qurğusuna qoşulduqda bu sistemlər ev təsərrüfatının ümumi elektrik şəbəkəsindən aldığı enerjinin miqdarını azaldır.

Almaniyada bir milyondan çox evdə istifadə olunur

Məlumata görə, Almaniyada balkon günəş panellərindən istifadə edən ev təsərrüfatlarının sayı bir milyonu ötüb. IKEA da bu sahədə hazır sistemlər təqdim edən şirkətlər sırasındadır.

ABŞ-da isə 2025-ci ilin yazında Yuta ştatı bu sistemlərin istifadəsinə qanuni icazə verən ilk ştat olub. Daha sonra Kaliforniya, Kolorado və Nyu-Cersi də daxil olmaqla daha doqquz ştatda onların istifadəsinə icazə verilib.

Bir panel 300 dollardan çox qənaət etdirib

Kolorado ştatında yaşayan qatar bələdçisi Nik Dans 300 dollardan ucuz qiymətə bir günəş paneli alıb. Onun sözlərinə görə, avqust ayından etibarən elektrik xərclərindən 300 dollardan çox qənaət edib. Yuta ştatında yaşayan bir ailə isə may ayından bəri təxminən 100 dollar qənaət etdiyini bildirib.

Təhlükəsizlik məsələsi də müzakirə olunur

Bəzi elektrik şirkətləri bu sistemlərin düzgün quraşdırılmamasının elektrik xətlərində təhlükə və köhnə naqillərdə yanğın riski yarada biləcəyini bildirirlər. Kanadanın Qərbi Ontario Universitetindən mühəndis Coşua Pirs isə ABŞ-da satılan invertorların elektrik şəbəkəsinə nəzarətsiz enerji ötürməsinin qarşısını aldığını və Avropada bu sistemlərlə bağlı yanğın hadisəsinin qeydə alınmadığını bildirib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Araşdırma: təbii qoxu daha cəlbedici ola bilər

Aynur Camal

2200 illik Roma gəmisinin su keçirməyən örtüyünün sirri açıldı

Aynur Camal

Beynəlxalq araşdırma: qadınların rəhbər vəzifələrdə iştirakı şirkətlərin nəticələrinə müsbət təsir edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu