4 saat yuxu, ADRB1 geni, yuxu, genetika, beyin, alimlər, sağlamlıq, yuxu araşdırması
Maraqlı faktlar

Bəzi insanlar niyə cəmi 4 saat yatmaqla özlərini yaxşı hiss edirlər?

Bugun.tv xəbər verir ki, alimlər bəzi insanların gecə cəmi 4 saat yatmasına baxmayaraq niyə özlərini normal hiss edə bildiyini araşdırıblar. Tədqiqatçılar bunun nadir genetik xüsusiyyətlə əlaqəli ola biləcəyini müəyyən ediblər.

Наука Mailin məlumatına görə, Kaliforniya Universitetinin Veyl Neyroelm İnstitutunun alimləri ADRB1 geninin nadir variantını araşdırıblar. Məlum olub ki, bu gen variantına sahib insanlarda beyində oyaqlığı təmin edən neyronların fəaliyyəti daha yüksək ola bilər. Bu da onların digər insanlardan daha az yatmaqla kifayətlənməsinə imkan verə bilər.

Alimlər hesab edirlər ki, söhbət sadəcə yuxuya daha az ehtiyac duymaqdan getmir. Bu insanların beyni oyaq qalma vəziyyətini daha uzun müddət və daha səmərəli saxlaya bilər.

Araşdırma yuxunun və insanın yuxuya olan fərdi ehtiyacının yalnız həyat tərzi ilə müəyyən edilmədiyini, genetikanın da mühüm rol oynaya biləcəyini göstərir.

Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, bu nəticə hər kəs üçün 4 saat yuxunun kifayət etdiyi anlamına gəlmir. Genetik xüsusiyyəti olmayan insanlar üçün yuxunun süni şəkildə azaldılması sağlamlığa mənfi təsir göstərə bilər.

Mənbə: Наука Mail

Aynur Camal

Oxşar xəbərlər

Pomidorlarda qaraciyəri qoruyan daha bir faydalı maddə aşkarlandı

Aynur Camal

Memar damını 7 min gil fincanla örtərək evi 5 dərəcə sərinlətdi

Aynur Camal

Futbol, qaçış və kəndirçəkmədə artıq humanoid robotlar yarışır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu