Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Səhiyyə

“V. Putin Ukraynanı digər ölkələrə qarşı hücum üçün əsas açar hesab edir”

Bugun.tv xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi fonunda danışıqlar prosesi yenidən gündəmə gəlsə də, tərəflər arasında yekun razılaşmanın əldə olunması hələ də real görünmür.

Bu barədə Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi analitik Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin son açıqlamalarında Rusiyanın döyüş meydanında üstünlük əldə etdiyini bildirərək Ukrayna rəhbərliyi ilə bağlı sərt mövqe ortaya qoyub. Eyni zamanda, ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Ukraynaya səfəri və tərəflər arasında vasitəçilik səylərinin yenidən intensivləşdirilməsi gözlənilir. Ukrayna tərəfi də sentyabr ayında danışıqlar prosesində müəyyən irəliləyişlərin mümkün olduğunu bildirir.

Məhəmməd Əsədullazadə hesab edir ki, hazırkı mərhələdə Rusiya və Ukrayna arasında fundamental fikir ayrılıqları səbəbindən hər hansı yekun razılaşmanın əldə olunması olduqca çətindir. Onun fikrincə, Moskvanın əsas tələbləri ilə Kiyevin ərazi bütövlüyü və təhlükəsizlik məsələsində mövqeləri arasında ciddi ziddiyyətlər qalır.

Siyasi analitik vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi yalnız iki ölkə arasında ərazi münaqişəsi deyil, eyni zamanda daha geniş geosiyasi qarşıdurmadır.

“Moskvanın strateji məqsədlərindən biri Ukraynanı yenidən öz təsir dairəsinə qaytarmaq və Rusiyanın böyük güc statusunu möhkəmləndirməkdir”, – Məhəmməd Əsədullazadə qeyd edib.

Onun sözlərinə görə, Kremlin Ukraynanı Rusiya təsir dairəsində saxlamaq və NATO-nun şərqə doğru genişlənməsinin qarşısını almaq istəyi müharibənin əsas strateji məqsədlərindən biridir.

Məhəmməd Əsədullazadə bildirib ki, əgər Rusiya Ukraynada öz məqsədlərinə böyük ölçüdə nail olarsa, bunun Cənubi Qafqaz və Mərkəzi Asiya üçün də ciddi geosiyasi nəticələri ola bilər.

“Xüsusilə Azərbaycan və Ermənistan üzərində Moskvanın siyasi və diplomatik təzyiq imkanlarının artması mümkün ola bilər. Eyni zamanda, Mərkəzi Asiya ölkələri də Rusiyanın ənənəvi təsir dairəsini qorumaq cəhdləri ilə üzləşə bilər”, – deyə o bildirib.

Analitik əlavə edib ki, bu, avtomatik olaraq həmin ölkələrə qarşı hərbi müdaxilə demək deyil. Onun fikrincə, burada daha çox siyasi, iqtisadi, təhlükəsizlik və diplomatik təsir uğrunda mübarizənin güclənməsi ehtimalından söhbət gedir.

Məhəmməd Əsədullazadənin fikrincə, Vladimir Putinin siyasətini yalnız Ukrayna ilə məhdudlaşdırmaq düzgün deyil. O qeyd edib ki, Moskvanın daha geniş məqsədi postsovet məkanında Rusiyanın strateji təsir imkanlarını qorumaq və böyük güc kimi mövqeyini möhkəmləndirməkdir.

“Ukrayna müharibəsi isə bu geosiyasi mübarizənin əsas cəbhəsinə çevrilib”, – Milli Cəbhə Partiyası sədrinin müavini vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Həddindən artıq zülal qəbulu böyrəklərə əlavə yük yarada bilər

Aynur Camal

Yeni araşdırma ağciyər xərçənginin ən aqressiv növlərindən birinə qarşı yeni imkan üzə çıxardı

Aynur Camal

Alimlər beynin müalicəsi ilə insan davranışına müdaxilə arasındakı sərhədi açıqladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu