Baş xəbərMədəniyyət

Nizami Kino Mərkəzində 500 nəfərlik “Mikrosahibkarların Forumu” keçiriləcək

Bugun.tv xəbər verir ki, 24 oktyabr 2026-cı il tarixində Nizami Kino Mərkəzində “Mikrosahibkarların Forumu” keçiriləcək. Saat 10:00-da başlayacaq forum 500 nəfərlik auditoriya üçün nəzərdə tutulub.

Forum Azərbaycanda fəaliyyət göstərən mikrosahibkarlar, eləcə də sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslər üçün təşkil olunur. Tədbirin əsas məqsədi iştirakçılara praktik biliklər qazandırmaq, real biznes təcrübələrini bölüşmək və peşəkar əlaqələr yaratmaq üçün imkan yaratmaqdır.

Forumun konsepti “Möhkəm Təməl • Güclü Brend • Uğurlu Sahibkar” prinsipi üzərində qurulub. Proqram çərçivəsində sahibkarlıq fəaliyyəti üçün vacib olan üç əsas istiqamətə diqqət yetiriləcək. Bunlara psixoloji hazırlıq, hüquqi və maliyyə əsasları, həmçinin marketinq və satış daxildir.

Tədbirdə 9 ekspert və praktik mütəxəssisin iştirakı nəzərdə tutulur. Forum çərçivəsində 3 panel müzakirəsinin keçirilməsi planlaşdırılır. Müzakirələr zamanı sahibkarların qarşılaşdığı əsas çətinliklər, biznesin qurulması və inkişaf etdirilməsi yolları, brendin formalaşdırılması və satış imkanlarının artırılması kimi mövzulara toxunulacaq.

Forumun 500 nəfərlik sahibkar auditoriyasını bir araya gətirməsi gözlənilir

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanlı alim Misirdə beynəlxalq münasibətlərə dair seminarda çıxış etdi

Aynur Camal

“Yaşıl Qarabağ” azad olunmuş ərazilərdə 500-dən çox ağac və ting əkdi

Aynur Camal

Vüqar Bayramov TRIPP layihəsinin tikintisinin niyə yubandığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu