Bugun.tv xəbər verir ki, şirkətlər arasında həvəskar futbol komandalarının iştirakı ilə “Marsol Minifutbol Turniri 2026” keçiriləcək.
Turnir 15 noyabr 2026-cı il tarixində start götürəcək. Yarış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA, Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMAnın tərəfdaşlığı, QOLAT Sport Services şirkətinin təşkilatçılığı ilə baş tutacaq.
Məlumata görə, həvəskar komandalar arasında keçiriləcək çempionatda ümumilikdə 32 komanda iştirak edəcək. Komandalar turnir boyunca çempionluq uğrunda mübarizə aparacaqlar.
Turnirdə ilk üç yeri tutacaq komandalar üçün müxtəlif mükafatlar nəzərdə tutulub. Birinci yerin qalibi 10 min manat pul mükafatı, kubok, medal və sertifikat əldə edəcək.
İkinci yerə layiq görülən komandaya “Marxal Resort & Spa”da qonaqlama, həmçinin medal, kubok və sertifikat təqdim olunacaq. Üçüncü yerin sahibinə isə kubok, medal, sertifikat və qiymətli hədiyyələr veriləcək.
Turnirdə iştirak etmək istəyən şirkətlər üçün son qeydiyyat tarixi 30 sentyabr 2026-cı ildir. Yarışın isə 15 noyabrda başlaması planlaşdırılır.
Turnirlə bağlı ətraflı məlumat almaq və qeydiyyatdan keçmək üçün 055-891-98-98 nömrəsi ilə əlaqə saxlamaq və ya www.qolat.com saytına daxil olmaq mümkündür.
