27 C
Baku
17 Sentyabr 2026, 16:54
İngiltərə, Piddington kəndi, miqrantlar, Böyük Britaniya, Bicester Garrison, referendum, miqrasiya, Oksfordşir
Dünya

İngiltərədə kənd ölkədən ayrılmaq üçün simvolik qərar qəbul edib

Bugun.tv xəbər verir ki, İngiltərənin Oxfordshire (Oksfordşayr) qraflığında yerləşən Piddington kəndində sakinlər Böyük Britaniyadan ayrılmaqla bağlı simvolik referendum keçiriblər. Səsvermə yaxınlıqdakı keçmiş hərbi obyektə 1 250-yə qədər yetkin kişi miqrantın yerləşdirilməsi planına etiraz fonunda təşkil olunub.

Məlumata görə, referenduma çıxarılan təşəbbüs kəndin öz müqəddəratını müəyyənləşdirmək hüququnu prinsipial olaraq müdafiə etməyi nəzərdə tutub. Səsvermədə 312 bülleten hesablanıb. Onlardan 285-i təşəbbüsün lehinə, 26-sı əleyhinə olub, 1 bülleten isə etibarsız sayılıb.

Referendumun keçirilməsinə səbəb Britaniya hökumətinin kəndin yaxınlığındakı keçmiş Bicester Garrison hərbi bazasında miqrantların yerləşdirilməsi planı olub. Piddington kəndində 2021-ci ilin məlumatlarına əsasən 358 nəfər yaşayır. Kənddə kilsə və icma zalı olsa da, yerli ərzaq mağazası və poçt şöbəsi yoxdur.

Bununla belə, səsvermənin hüquqi qüvvəsi yoxdur və kəndin Böyük Britaniyadan faktiki ayrılması ilə nəticələnmir. TRT Haber-in CNN International-a istinadən yaydığı məlumata görə, bu təşəbbüs ölkədə miqrantların yerləşdirilməsi ilə bağlı müzakirələrin və narazılıqların davam etdiyi bir vaxtda baş verib.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Bloomberg: İran blokadasının xərcləri ABŞ-ın digər bölgələrdəki hərbi imkanlarını zəiflədir

Aynur Camal

Snapchat yeniyetmələr üçün gündəlik istifadə limitləri tətbiq etməyə hazırlaşır

Aynur Camal

Alimlər insan hüceyrələri olan siçan beyni hazırladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu