Bugun.tv xəbər verir ki, Çin ABŞ-dan idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi gömrük rüsumlarını azaltmağa hazırlaşır.
Reuters-in məlumatına görə, siyahıya qarğıdalı, buğda, sorqo, ət, süd məhsulları, bitki yağları və digər kənd təsərrüfatı məhsulları daxil edilib.
Lakin ABŞ-ın Çinə ən böyük kənd təsərrüfatı ixrac məhsullarından biri olan soya üçün əlavə 10 faizlik rüsum qüvvədə qalacaq.
Məlumata görə, Çin dövlət şirkətləri artıq ABŞ-dan 12 milyon tondan çox soya alıb. İki ölkə arasında ticarət əlaqələrinin sabitləşdirilməsi məqsədilə yeni ticarət şurasının yaradılması da nəzərdə tutulur.
Qərar ABŞ və Çin liderlərinin ötən həftə keçirilən görüşündən sonra iki ölkə arasında ticarət məsələlərinin gündəmdə qaldığı vaxt açıqlanıb.
Mənbə: Reuters
