23 C
Baku
29 Sentyabr 2026, 22:58
Dünya

Çəki artımını qismən ləngidən süd məhsulunun adı açıqlandı

Bugun.tv xəbər verir ki, alimlər yüksək yağlı qidalanma zamanı çəki artımını qismən ləngidə bilən süd məhsulunun adını açıqlayıblar. Söhbət dəvə südündən gedir.

Məlumata görə, araşdırma Daxili Monqolustan Kənd Təsərrüfatı Universitetinin alimləri tərəfindən aparılıb və nəticələr Frontiers in Nutrition jurnalında dərc olunub. Təcrübə siçanlar üzərində keçirilib.

Yeddi həftə davam edən araşdırmada heyvanların bir hissəsi adi yemlə, digər hissəsi isə yüksək yağlı qida ilə bəslənib. Yüksək yağlı qida qəbul edən siçanların bir qrupuna əlavə olaraq dəvə südü verilib.

Nəticələr göstərib ki, dəvə südü qəbul edən siçanların bədən çəkisi və yağ toxumasının miqdarı yalnız yüksək yağlı qida ilə qidalanan heyvanlardan daha aşağı olub. Eyni zamanda onların qanında triqliseridlərin və aşağı sıxlıqlı lipoproteinlərin, yəni “pis” xolesterinin səviyyəsi də azalıb.

Tədqiqat zamanı dəvə südünün qaraciyərdə yağ toplanmasını azaltdığı da müəyyən edilib. Bundan başqa, süd heyvanların bağırsaq mikroflorasında yüksək yağlı qidalanmanın yaratdığı bəzi dəyişikliklərin qismən aradan qalxmasına təsir göstərib.

Alimlər hesab edirlər ki, bu təsir bağırsaq mikroflorasına, qaraciyərdə yağların emalına və öd ifrazının tənzimlənməsinə təsirlə əlaqəli ola bilər.

Qeyd edək ki, araşdırma siçanlar üzərində aparılıb. Buna görə də dəvə südünün insanlarda çəki artımını eyni şəkildə ləngitdiyini təsdiqləmək üçün əlavə araşdırmalara ehtiyac var.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Avropa şirkətlərinin aktivlərinə nəzarəti genişləndirir

Aynur Camal

BMT nümayəndəsi Yəməndə gərginliyi azaltmaq üçün husilərlə görüşüb

Aynur Camal

Britaniyada dövlət pensiyalarının artırılması qaydası dəyişdirilə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu