Bugun.tv xəbər verir ki, Yaponiyanın ən böyük dörd pivə şirkətinin ofislərində qiymətlərin razılaşdırılması şübhəsi ilə axtarışlar aparılıb.
The Guardian-ın məlumatına görə, Ədalətli Ticarət Komissiyası “Asahi Breweries”, “Kirin Brewery”, “Suntory Beer” və “Sapporo Breweries” şirkətlərini araşdırır. Bu şirkətlər birlikdə Yaponiyanın daxili pivə bazarının 90 faizindən çoxuna nəzarət edir.
Şirkətlərin pivə və digər içkilərin qiymətlərini artırmaq üçün aralarında razılaşdığı ehtimal olunur. Yaponiya mətbuatına görə, şirkətlərin satış rəhbərlərinin uzun müddət ərzində qiymət artımlarının vaxtını və miqyasını razılaşdırmaq üçün gizli görüşlər keçirdiyi şübhəsi araşdırılır.
Dörd şirkət də istintaqla əməkdaşlıq edəcəklərini açıqlayıb.
Mənbə: The Guardian
