Bugun.tv xəbər verir ki, ötən aın sonlarında İsrail Prezidentinin iqamətgahı qarşısında Sukkot bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə tanınmış kəndirbaz Rəşid Vəliyev və onun qızı, gənc müğənni Leyla Vəliyeva iştirak ediblər.
Tədbir çərçivəsində Leyla Vəliyeva Azərbaycan dilində “Payız gəldi” və “Mehriban ailəyik” mahnılarını, eləcə də ivrit dilində “Antarktida” adlı mahnını ifa edib.
Azərbaycan mahnılarının İsraildə keçirilən tədbirdə səslənməsi milli musiqimizin təqdimatı baxımından diqqət çəkib. Müxtəlif dillərdə mahnıların ifası isə mədəniyyətlərarası ünsiyyətin və musiqi vasitəsilə xalqlar arasında əlaqələrin əhəmiyyətini bir daha nümayiş etdirib.
Qeyd edək ki, Sukkot yəhudi xalqının ənənəvi bayramlarından biridir.

