İnsanlara dəstəyi, mərd xarakteri və səmimiyyəti ilə seçilən QHT rəhbəri Firuzə Babayeva 60 illik yubileyini qeyd edib.
Firuzə Babayeva uzun illərdir ictimai fəaliyyət sahəsində çalışaraq insanların problemlərinin həllinə dəstək göstərən, sosial həssas qrupların hüquq və mənafelərinin müdafiəsinə töhfə verən ictimai xadimlərdəndir.
O, 35 ildən artıqdır ki, rəhbərlik etdiyi “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” İctimai Birliyi vasitəsilə ehtiyacı olan insanlara yardım göstərilməsi, onların problemlərinin ictimailəşdirilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində fəaliyyətini davam etdirir.
Firuzə Babayeva təkcə ictimai fəaliyyəti ilə deyil, həm də prinsipial mövqeyi, cəsarəti, qətiyyəti və insanlara səmimi münasibəti ilə seçilir. Onu yaxından tanıyanlar mərd xarakterini, sözübütövlüyünü, dostluğa sədaqətini və çətin anlarda insanların yanında olmağı bacaran əsl insan keyfiyyətlərini xüsusi vurğulayırlar.

Onun xarakterindəki cəsarət, güclü iradə və qayğıkeşlik bir-birini tamamlayır. İnsanlara münasibətdə səmimiyyəti və gördüyü işlərə məsuliyyətlə yanaşması Firuzə Babayevanı ətrafındakı insanlar üçün dəyərli və hörmətli şəxsiyyətə çevirib.

Bu gün TV kollektivi olaraq Firuzə Babayevanı 60 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və ictimai fəaliyyətində yeni uğurlar arzulayırıq.
Arzu edirik ki, ömrünün bundan sonrakı illəri də xoş günlərlə, səmimi münasibətlərlə və insanlara bəxş etdiyi yaxşılıqların gözəl qarşılığı ilə zəngin olsun.
Yaxşı ki, Sizin kimi mərd, səmimi və insanlığı hər şeydən üstün tutan insanlar var!
Bu gün TV — insanı, cəmiyyəti və dəyərləri işıqlandırır.
