Vinsent van Qoq, Van Qoqun rəsm əsəri, 190,4 milyon dollar, Çiçəklənən şabalıd ağacları, Sotheby's hərracı, dünya incəsənəti, rekord hərrac satışı, rəsm əsərləri
Baş xəbərMədəniyyət

Van Qoqun rəsm əsəri hərracda 190,4 milyon dollara satılaraq rekord qırdı

Bugun.tv xəbər verir ki, Niderlandlı məşhur rəssam Vinsent van Qoqun 1890-cı ildə çəkdiyi “Çiçəklənən şabalıd ağacları” (Châtaigniers en fleurs) adlı əsəri hərracda 190,4 milyon dollara satılıb. Bu satış rəssamın əsərləri arasında indiyədək qeydə alınmış ən yüksək hərrac qiyməti olub.

AFP agentliyinin məlumatına görə, əsər Sotheby’s hərrac evində çərşənbə günü satışa çıxarılıb. Beləliklə, Van Qoqun əvvəlki hərrac rekordu da yenilənib. Rəssamın 1888-ci ildə çəkdiyi “Sərv ağacları olan bağ” əsəri 2022-ci ildə “Christie’s” hərracında 117,2 milyon dollara satılmışdı.

Yeni rekord qiymətə satılan rəsm əsərinin tarixçəsi də diqqət çəkir. Almaniyalı naşir Samuel Fişer əsəri 1909-cu ildə Parisdən əldə edib. 1936-cı ildə isə onun ailəsi rəsm əsərini satıb. Fişer ailəsinin varisləri bildirirdilər ki, satış nasist rejiminin yaratdığı maliyyə çətinlikləri ilə əlaqədar baş verib.

Hərracdan əvvəl əsərin hazırkı sahibləri ilə Fişer ailəsinin varisləri arasında razılıq əldə olunub. Əsər 1978-ci ildən Blaqyer-Arrieta ailəsinin mülkiyyətində olub.

Beləliklə, Van Qoqun bu əsəri həm rekord satış qiyməti, həm də mürəkkəb tarixi ilə sənət dünyasının diqqət mərkəzinə düşüb.

Mənbə: AFP

Aynur Camal

Oxşar xəbərlər

Robert Pattinson Ceyms Bond rolunun yeni ifaçısı olacaq

Aynur Camal

Bir fincan qəhvədə Türkiyənin tarixi və mədəniyyəti: 5 dekabr Dünya Türk Qəhvəsi Günüdür

Aynur Camal

Azərbaycan və Hindistan mədəni əməkdaşlığı genişləndirmək istəyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu