Dünya

Humanitar yardım qutuları uşaqlar üçün məktəb partalarına çevrilir

Qəzza zolağında müharibə nəticəsində məktəblərin dağıdılması və tədris ləvazimatlarının çatışmazlığı uşaqların təhsil almasını çətinləşdirib. Bu şəraitdə fələstinli könüllülər humanitar yardım qutularını məktəb partalarına və stullara çevirərək uşaqlar üçün daha əlverişli dərs mühiti yaratmağa çalışırlar.

Bugun.tv xəbər verir ki, “Eknan” adlı könüllü təşəbbüsünün iştirakçıları boş karton qutulardan masa və oturacaqlar hazırlayırlar. Beləliklə, əvvəllər dərslər zamanı yerdə oturaraq yazı yazmağa məcbur olan uşaqlar artıq hazırlanan partalardan istifadə edə bilirlər.

Qəzza, fələstinli uşaqlar, humanitar yardım, məktəb partaları, təhsil böhranı, könüllülər, karton qutular, müharibənin nəticələriKomandanın rəhbəri, 36 yaşlı Rim Carur bildirib ki, təşəbbüs Qəzzada material və avadanlıq çatışmazlığı şəraitində mövcud imkanlardan səmərəli istifadə etmək ideyasından yaranıb. Onun sözlərinə görə, humanitar yardım qutuları keyfiyyətli və davamlı olduğundan onları məktəb mebellərinə çevirmək mümkün olub.

Könüllülər çətinliklərə baxmayaraq işlərini davam etdirirlər

Səhra məktəbinin direktoru Fəvvaz Dağmış hazırlanan masa və stulların uşaqlara müəyyən qədər daha rahat şərait yaratdığını bildirib. O, təşəbbüsün təhsil sahəsindəki problemləri tam həll etməsə də, mövcud çətinliklərin azaldılmasına kömək etdiyini vurğulayıb.

Könüllülər qeyd edirlər ki, Qəzzada yanacaq çatışmazlığı səbəbindən bəzi sakinlər isinmək və yemək bişirmək üçün taxta mebelləri yandırmağa məcbur qalıblar. Bu isə məktəb mebellərinin tapılmasını daha da çətinləşdirib.

Qəzza, fələstinli uşaqlar, humanitar yardım, məktəb partaları, təhsil böhranı, könüllülər, karton qutular, müharibənin nəticələriQəzzada yüz minlərlə uşaq təhsil dəstəyinə ehtiyac duyur

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin noyabrın 4-də yayımladığı hesabata əsasən, 2026–2027-ci tədris ilində Qəzzada təxminən 770 min uşağın təhsil dəstəyinə ehtiyacı var. Onlardan 200 mini formal təhsildən kənarda qalıb, 570 mini isə müvəqqəti təhsil məkanlarında dərs alır. Məktəb binalarının təxminən 93 faizinin yenidən tikilməsinə və ya əsaslı təmirinə ehtiyac var.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

İranda dolların məzənnəsi tarixi həddə çatıb: 285,6 min tümənə yüksəldi

Aynur Camal

Güclü fırtına 19 mindən çox insanı evini tərk etməyə məcbur etdi

Aynur Camal

Portağal yeşiklərində 893 kiloqram kokain aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu