Braziliya, güclü fırtına, Rio-Qrandi-du-Sul, Tupansireta, təbii fəlakət, dağıntılar, köçkünlər, iqlim hadisələri
Dünya

Güclü fırtına 19 mindən çox insanı evini tərk etməyə məcbur etdi

Braziliyanın cənubunda baş verən güclü fırtına genişmiqyaslı dağıntılara səbəb olub. Rio-Qrandi-du-Sul ştatında 19 854 nəfər yaşayış yerini tərk etməyə məcbur qalıb, 5 nəfər həyatını itirib, 265 nəfər isə xəsarət alıb.

Bugun.tv xəbər verir ki, təbii fəlakət noyabrın 20-də, səhər saatlarında ştatın Tupansireta şəhərində xüsusilə ağır nəticələrə səbəb olub. Güclü külək, leysan yağış və dolu yaşayış evlərinə, məktəblərə, xəstəxanalara və digər ictimai obyektlərə ciddi ziyan vurub. Meteorologiya qurumunun qeydlərinə əsasən, ərazidə küləyin sürəti saatda 114 kilometrə çatıb.

Bütövlükdə ştatın 42 bələdiyyəsində 25 123 nəfərin fırtınadan zərər çəkdiyi bildirilib. Təxminən 7 971 evin dam örtüyü dağılıb və ya zədələnib. Ən ağır vəziyyət Tupansireta şəhərində qeydə alınıb.

Yenidənqurma işlərinə milyonlarla real ayrılıb

Braziliya hökuməti noyabrın 24-də Tupansireta şəhərində təcili yardım və bərpa tədbirləri üçün 3,93 milyon real vəsait ayrılmasına icazə verib. Şəhərin meri Qustavo Herter Terra dağıntıların miqyasını nəzərə alaraq bərpa prosesinin illərlə davam edə biləcəyini bildirib.

Mütəxəssislər fırtınanın güclü fırlanan hava axınları ilə müşayiət olunan superhüceyrə tipli tufan nəticəsində yarandığını ehtimal edirlər. Tornadonun baş verməsi ehtimalı da araşdırılır, lakin bu barədə hələ yekun təsdiq yoxdur.

Mənbə: WorldNews

Aynur Camal

Oxşar xəbərlər

Portağal yeşiklərində 893 kiloqram kokain aşkarlandı

Aynur Camal

Müğənni və komandasının üzvlərinə 70 şallaq zərbəsi vurulduğu bildirilir

Aynur Camal

BMT baş katibi süni intellektə nəzarət üçün bir il müddətinə qlobal çərçivə yaradılmasına çağırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu