DünyaHadisə

“Qatar Airways” Sudana uçuşları dayandırdı

Yaxın Şərqin ən böyük aviadaşıyıcısı olan Qatar Airways Sudana uçuşları dayandırıb.

Bugun.tv xəbər verir ki, bu barədə Qətər Xəbər Agentliyindən bildirilib.

Məlumata görə, bu addım Xartum beynəlxalq hava limanının bağlanmasından sonra baş verib.

Qeyd edək ki, Suveren Şuraya (ölkənin idarəetmə orqanına) rəhbərlik edən ordu komandiri Əbdülfəttah əl-Burhan ilə onun müavini Məhəmməd Həmdan Daqalo (Hemedti) arasında fikir ayrılığı səbəbindən Sudanda vəziyyət gərginləşib. Aprelin 15-də səhər saatlarında Merowe şəhərində və Sudanın paytaxtı Xartumda hərbi baza yaxınlığında iki qüvvə arasında toqquşma baş verib. Son məlumatlara görə, qarşıdurma zamanı onlarla ölüb, yüzlərlə insan yaralanıb.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Aİ-də süni intellektlə yaradılan məzmuna etiket məcburi olacaq

Aynur Camal

15 fil öldü, sianid zəhərlənməsi ilə əlaqələndirilir

Aynur Camal

Zelenski: ABŞ Patriot raketlərinin birgə istehsalına siyasi razılıq verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu