Baş xəbərDünyaSiyasət

Gürcüstan parlamenti mühasirəyə alınıb

© Foto: Gürcüstan parlamentinin saytı

Gürcüstan parlamenti “xarici agentlər haqqında qanuna” baxılması ilə əlaqədar məhdudiyyətlər tətbiq edir. Onun qəbul edilməsinə qarşı çıxan vətəndaşlar növbəti etiraz aksiyası keçirəcəklərini deyirlər.

Bugun.tv xəbər verir ki, Gürcüstan parlamenti artıq ikinci gündür ki, respublika hakimiyyətinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna baxılmasını davam etdirməsi ilə əlaqədar xüsusi rejim tətbiq edib.

Vestikavkaza-nın verdiyi məlumata görə daimi akkreditasiyaya malik mediadan başqa bütün ziyarətçilərin parlament binasına girişi qadağan olunacaq.

Müxalifət qüvvələri və onların tərəfdarları qanun layihəsinə baxılmasını dayandırmaq üçün parlament binası yaxınlığında aksiya keçirəcəklərini vəd ediblər.

Ötən gecə xarici agentlər haqqında qanunun əleyhdarları Rustaveli prospektində nəqliyyatın hərəkətini dayandırıblar.

Polis 15-ə yaxın şəxsi saxlayıb, nəqliyyatın hərəkəti gecə saatlarında bərpa edilib.

Bugün TV

Oxşar xəbərlər

Tədqiqat: Meşə yanğınları daha az ərazini əhatə etsə də, vurduğu zərər artır

Aynur Camal

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Aynur Camal

ABŞ-da keçirilən danışıqlarda Livan və İsrail atəşkəsin tətbiqi barədə razılığa gəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu