5 C
Baku
29 Yanvar 2026, 23:08
Dünya

İsrail çərşənbə gecəsinə qədər Həmas-ın atəşkəslə bağlı cavabını gözləyəcək

Netanyahu Rəfəh əməliyyatı ilə bağlı sərt mesajlar verərkən, İsrail Həmasın son atəşkəs təklifinə cavabını çərşənbə gecəsinə qədər gözləyəcək. İsrail rəsmisi bildirib ki, İsrail Həmas-ın Qəzzada atəşkəs təklifinə cavab vermək üçün çərşənbə gecəsinə qədər gözləyəcək.

Məlumatı AFP xəbər agentliyi yayıb.

Həmas heyəti dünən Qahirədə vasitəçi Misirlə görüşüb və atəşkəs təklifinə yazılı cavab verəcəyini açıqlayıb.

İsrailin ynet xəbər saytı bu gün İsrailin Rəfaha qarşı quru əməliyyatına 48-72 saat ərzində qərar verəcəyini və atəşkəs razılaşmasının mümkünlüyünü qiymətləndirdiyini yazıb.

İsrailin baş naziri Binyamin Netanyahu bu gün verdiyi açıqlamada atəşkəs razılaşmasının olub-olmamasından asılı olmayaraq Rəfaha qarşı quru əməliyyatının həyata keçiriləcəyini bildirib.

İsrail, Rəfahda Həmas briqadalarının olduğunu iddia edərək, Fələstinli mülki vətəndaşlara baxmayaraq əməliyyata hazırlıqları tamamladığını bəyan edib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

ABŞ İranla gərginlik fonunda əlavə hərbi gəmi göndərdi

Aynur Camal

Liflə zəngin, amma az qiymətləndirilən meyvə açıqlandı

Aynur Camal

İran XİN rəhbəri Avropanı bölgədə müharibəni qızışdırmaqda ittiham etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu