Baş xəbər

Sosial Tədqiqatlar Mərkəzi ilə Sankt-Peterburq Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb FOTO

Azərbaycan” qəzeti xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin IH üzvü, sədr müavini Elşad Mirbəşir oğlu RF Sankt-Peterburq şəhərinə səfəri zamanı SPbDU-nun rektoru Nikolay Kropaçyevlə görüşüb və STM-lə SPbDU arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi ətrafında müzakirə aparıb. Rektor N. Kropaçyev Azərbaycanla Rusiya arasında elmi tədqiqatlar və təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq ayrıca olaraq STM-lə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi. Görüş zamanı STM yaranması və fəaliyyəti haqqında məlumat verilib.

Elşad Mirbəşir oğlu həmçinin SPbDU-nun nəzdində fəaliyyət göstərən Tətbiqi Sosiologiya Mərkəzi ilə yaxından tanış olub və mərkəzin iş təcrübəsi haqqında məlumat alıb. SPbDU-nun tələbləri ilə keçirilən açıq mühazirə zamanı da STM haqqında məlumat verilib, suallar cavablandırılıb. Yekunda Sosial Tədqiqatlar Mərkəzi ilə Sankt-Peterburq Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

“Azərbaycan”

Aynur Camal

Oxşar xəbərlər

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu