Baş xəbərSosial Media

“Bizim Qafqaz” təşkilatı jurnalistləri təbrik etdi

Bugun.tv xəbər verir ki, “Bizim Qafqaz” təşkilatı Azərbaycan Mətbuatının 149 illiyinə həsr olunan tədbir keçirib. Layihənin müəllifi Nini Karseladze Qafqaz xalqlarının dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.

"Bizim Qafqaz" layihəsinin rəhbəri Nini Karseladze tədbir keçirdi
“Bizim Qafqaz” layihəsinin rəhbəri Nini Karseladze

“Mən Nini Karseladze Tbilisidənəm. 11 ildir Azərbaycanda yaşayıram. Müxtəlif biznes sahələrində trening və konsaltinq üzrə ixtisaslaşan gürcü şirkətinin rəhbəriyəm. Eyni zamanda Azərbaycanla Gürcüstan arasında biznes və mədəni əlaqələrin qurulmasına xidmət edən “Bizim Qafqaz”  layihəsinin yaradıcısı  və aparıcısıyam. Əsas məqsədimiz ölkələrimizin mədəniyyətini və tarixini, adət-ənənələrini təbliğ etmək, tanıtmaqdır”, – deyə o bildirib.

"Bizim Qafqaz" layihəsinin rəhbəri Nini Karseladze tədbir keçirdi
Gürcü rəqsi

“Bu gün keçirdiyimiz tədbir sayca ikincidir. Azərbaycan mətbuatının 149 illiyinə həsr olunub. Tədbirə çox sayda qonaqlar dəvət etdik. Media nümayəndələrinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olundu, sənətçilər musiqi nömrələri ilə jurnalistləri təbrik etdilər”, –  bildirib.

Bizim qafqaz layihəsi
Gürcü müğənni

Tədbirdə media nümayəndələri ilə yanaşı, ictimai xadimlər, millət vəkilləri, yerli və Gürcüstandan gələn musiqiçilər, tanınmış müğənnilər iştirak ediblər. Qonaqlar jurnalistlərə peşə fəaliyyətlərində uğurlar diləyiblər.

Bizim qafqaz
Mükafata layiq görülən tanınmış jurnalistlər

Mükafata layiq görülənlər arasında “Bugün TV Media Qurumu” da olub.

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu