26 C
Baku
10 Oktyabr 2024, 14:54
Baş xəbərMaraqlı faktlar

A.Eustace:“Eniş edərkən atmosfer qatlarını görmək insana xüsusi hiss verir”

Şəkillərdəki şəxs 51 yaşlı Alan Eustacedir. O, 2014-cü ildə yerdən 41 km yüksəklikdən atılmaqla Ginnesin Rekordlar kitabına düşüb. Bununla da o, Felix Baumgartner’in 2012-ci ildə 39 kilometrlik məsafədən atılma rekordunu yeniləyib.

Bugun.tv xəbər verir ki, Eustace, 24 oktyabr tarixində reallaşdırdığı bu atışla yerə heluyum dolu şarla stratosferden atlanıb. Onun enişi saatda 1322 km sürətlə 15 dəqiqə davam edib. Alan xüsusi kosmos geyimi sayəsində heç bir problem yaşamadan yerə enməyi bacarıb. “Bu həqiqətən də, ifadə edilməsi çətin olan hissdir. Sən şardan asılı atlanırsan, əynində xüsusi geyim. Eniş edərkən atmosfer qatlarını görmək insana xüsusi hiss verir. Biraz da aşağı enəndə binaları, avtomobilləri  fərqli rakursdan görməyə başlayırsan. Və bu inanılmaz hissləri sənə yaşadan bu balonun bir sehirli vasitə olduğunu düşünürsən”.

Alan Eustacenin paraşütə marağı 18 yaşımdan başlayıb. Sonra davamlı şəkildə təyyarədən atlanaraq məşqlər edib. “Mən ilk olaraq araşdırma apardım ki, nə qədər oksigenə ehtiyacım yaranacaq, hansı geyimdə olmalıyam. Və özümü inandırırdım ki, mən bunu bacararam, mən bunu etməliyəm. İndi həmin anları xatırlayanda deyirəm ki, mən bunu həqiqətən bacardım. Eyni zamanda düşünürəm ki, bu son deyil, yenə də mən qarşıya baxmalıyam”.

Rekordçu deyir ki, atmosfer qatlarını görərək atlanmaq inanılmaz bir hissdir. O, gerçəkləşdirdiyi bu tarixi atış zamanı 4 dəqiqə 50 saniyədən sonra paraşütünü açaraq yerə enməyə başlayır.

“Rekorddan öncə təxminən 200 dəfə sınaq uçuşum olmuşdu. Testlər çar tullanışı və təyyarədən atılmaqla həyata keçirilir. Təyyarə uçuşu bizə 5.5 kmdən atlanış hissinin necə olduğunu yaşadır. Və sən bilirsən ki, bu hündürlükdən eniş edərkən sənin bədəninin hərəkət dinamikası necə olur. Növbəti mərhələdə isə 15 km məsafədən uçuş etdik. Və biz öyrəndik ki, 11.5  kmdə artıq paraşütləri açmaq lazımdır. Və məşqlərimiz, beləcə davam edirdi”.

Eustacin sözlərinə görə, o indi stratosferdən daha rahat tullanmaq üçün məşqlər edir.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Beyin ölən şəxsin orqanları 5 xəstəyə ümid verdi

İntizar Əmirova

Sudana təcili ərzaq və tibbi ləvazimatlar göndərildi

Aynur Camal

Qubada Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu