Dünya

Rusiya son sutkada 1125 ukraynalı hərbçinin zərərsizləşdirildiyini bildirdi

Rusiya Müdafiə Nazirliyi son 24 saat ərzində Ukrayna cəbhəsində 1125 ukraynalı hərbçinin zərərsizləşdirildiyini bildirib.

Nazirliyin yaydığı məlumata görə, “xüsusi hərbi əməliyyat” çərçivəsində Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 605 təyyarə tipli pilotsuz uçuş aparatını, 12 idarəolunan aviasiya bombasını və ABŞ istehsalı olan bir ədəd HIMARS raketini məhv edib.

Açıqlamada qeyd olunub ki, döyüş təyyarələri, pilotsuz aparat və raketlərlə həyata keçirilən zərbələr nəticəsində Ukraynada pilotsuz aparatların istehsal olunduğu bildirilən sexlər, yanacaq anbarları, həmçinin ukraynalı hərbçilərin və xarici muzdlu döyüşçülərin yerləşdiyi 156 obyekt hədəfə alınıb.

Rusiya tərəfi cəbhə xəttində taktiki mövqelərini yaxşılaşdırdıqlarını iddia edib. Bildirilib ki, son sutkada 13 zirehli texnika da məhv edilib.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Pokémon oğurluğu: 80 min avroluq kartlar axtarılır

Aynur Camal

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Dəfn yeri üçün sertifikatları hədiyyə etmək dəb halına gəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu