14 C
Baku
24 Aprel 2026, 20:41
Digər

AB vətəndaşlarından Ukraynaya 90 milyard avro

Brüsselin Ukraynaya 90 milyard avro kredit ayırmaq qərarı Avropa İttifaqı vətəndaşlarının maraqları hesabına həyata keçirilir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, bu addım Aİ vətəndaşlarının və bizneslərinin həm cari, həm də uzunmüddətli maraqlarına ziddir. Zaxarova qeyd edib ki, Avropa ölkələrinin dövlət borcu artıq yüksək səviyyədədir və bir sıra ölkələrdə ÜDM-i üstələyir.

Diplomatın açıqlamasına görə, bəzi ölkələrdə borc səviyyəsi kritik həddə yaxınlaşıb: Belçikada ÜDM-in 106 faizi, Fransada 116 faizi, İtaliyada 140 faizi təşkil edir. Onun fikrincə, xüsusilə Almaniya dövlət borcunun daha da artması riski ilə üz-üzədir.

Zaxarova vurğulayıb ki, Ukraynaya ayrılan əlavə maliyyə vəsaiti Aİ ölkələrində büdcə kəsirini dərinləşdirə və ümumi maliyyə sabitliyinə mənfi təsir göstərə bilər. O, həmçinin mövcud iqtisadi vəziyyətdə belə yükün Avropa üçün əlavə risklər yaratdığını bildirib.

Rusiya XİN sözçüsü əlavə edib ki, bu kreditin Ukraynanın gələcəkdə Rusiyadan alacağı mümkün kompensasiya hesabına geri qaytarılacağı gözlənilir. Onun sözlərinə görə, bu yanaşma həm Ukrayna, həm də Aİ üçün iqtisadi baxımdan qeyri-müəyyənlik yaradır.

Qeyd edək ki, bundan əvvəl Aİ səfirlərinin Ukraynaya böyük həcmdə maliyyə dəstəyini və Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqlədiyi bildirilmişdi.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Azərbaycan Avropa məkanında etibarlı strateji tərəfdaş kimi mövqeyini gücləndirir

Aynur Camal

Məhəmməd Əsədullazadə: Azərbaycan dini tolerantlıq modelini qoruyur və inkişaf etdirir

Aynur Camal

BMT: Qəzzanın mina və partlamamış sursatlardan təmizlənməsi 541 milyon dollara başa gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu