Dünya

ABŞ Avstraliyada yeni hərbi logistika mərkəzi yaradacaq

Bugun.tv xəbər verir ki, ABŞ Hind-Sakit okean regionunda hərbi mövcudluğunu gücləndirmək məqsədilə Avstraliyada yeni hərbi logistika və sursat infrastrukturu yaratmağı planlaşdırır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin hazırladığı layihəyə əsasən, Avstraliyanın Viktoriya ştatında dəniz piyadələri üçün sursat anbarları və dəstək obyektləri inşa ediləcək. Təxminən 30 milyon dollar dəyərində qiymətləndirilən layihə ABŞ-ın regiondakı əməliyyat imkanlarını artırmağa xidmət edəcək.

Məlumata görə, ilkin mərhələdə hərbi ehtiyatlar Melburn şəhərində saxlanılacaq, daha sonra isə Viktoriya ştatının Bandiana bölgəsində yerləşən hərbi bazaya köçürüləcək. Layihənin 2028-ci ilə qədər tam fəaliyyətə başlaması planlaşdırılır.

Sənədlərdə qeyd olunur ki, obyektlərin tikintisi və idarə olunması üçün mühəndis, texniki mütəxəssis və təhlükəsizlik əməkdaşları da daxil olmaqla 100-dən çox şəxsin cəlb ediləcəyi beynəlxalq müdafiə şirkəti ilə əməkdaşlıq nəzərdə tutulur.

ABŞ rəsmiləri bildiriblər ki, Avstraliyadakı bu logistika infrastrukturu Hind-Sakit okean bölgəsində əməliyyat hazırlığını artıracaq və hərbi qüvvələrin təchizatını daha çevik şəkildə təmin etməyə imkan verəcək.

Ekspertlər hesab edirlər ki, layihə ABŞ-ın regionda artan geosiyasi rəqabət fonunda strateji mövqeyini gücləndirmək və Çinin hərbi təsirinin balanslaşdırılması məqsədi daşıyır.

Mənbə: İHA

Aynur Camal

Oxşar xəbərlər

Dağıstandakı məşhur “Lun” ekranoplanı akula görüntüsünə salındı

Aynur Camal

Məşhur çimərlikdə maraqlı qadağa: Çətirdən istifadə yaşla məhdudlaşdırıldı

Aynur Camal

İsrail mediası: İran ABŞ-ı güzəştə məcbur edə bildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu