DünyaHadisə

ABŞ-da 28 yaşlı qadın özünü məktəbli kimi təqdim edib — saxlanıldı

Amerikanın New York City şəhərində 28 yaşlı qadın özünü 16 yaşlı məktəbli kimi təqdim edərək liseyə qeydiyyatdan keçdiyi üçün saxlanılıb.

Polis sənədlərinə əsasən, Kacy Claassen adlı qadın 13 aprel tarixində The Bronx bölgəsində yerləşən bir liseyə “Shamara Rashad” adı ilə qeydiyyatdan keçib və özünü azyaşlı kimi təqdim edib.

Məktəb rəhbərliyi onun sosial şəbəkə hesabını araşdırdıqdan sonra şəxsin real kimliyi və yaşı üzə çıxıb. Direktor vəziyyətlə bağlı onunla görüşdükdən sonra qadın əvvəlcə iddiasında israr etsə də, daha sonra həqiqəti etiraf edib.

Məlumata görə, o, təxminən iki həftə məktəbdə şagird kimi dərslərdə iştirak edib. Claassen isə yalan məlumat verməsinə bir tanışının onu “ictimai xidmətlərdən daha çox faydalanmaq üçün” təşviq etdiyini bildirib.

Hadisədən sonra 27 apreldə saxlanılan qadın “saxta kimlikdən istifadə” və “qanunsuz giriş” ittihamları ilə qarşı-qarşıyadır.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Nikol Paşinyan 9 May Qələbə Paradına qatılmayacaq — səbəb seçki kampaniyasıdır

Aynur Camal

Rusiya Kiyevdəki xarici nümayəndəliklərə təxliyə çağırışı etdi

Aynur Camal

Şimali Koreya: Nüvə Silahlarının Yayılmaması Müqaviləsi öhdəliyimiz deyil

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu