DünyaMaraqlı faktlar

Evini bəzəyən vaza sərvət çıxdı: Dəyərini öyrənəndə görün nə etdi

Bugun.tv xəbər verir ki, ABŞ-da yaşayan bir şəxs ikinci əl mağazadan cəmi 4 dollara aldığı vazanun minilliklərə söykənən tarixi əsər olduğunu öyrənib.

Məlumata görə, vətəndaş illər əvvəl dekorativ əşya kimi aldığı vazanı evinin bir küncündə saxlayıb. Daha sonra Meksikaya səfəri zamanı muzeydə nümayiş etdirilən eksponatların onun evindəki vaza ilə böyük oxşarlıq təşkil etdiyini görərək şübhələnib.

ABŞ-a qayıtdıqdan sonra o, mütəxəssislərə müraciət edib. Aparılan elmi araşdırmalar nəticəsində vazanın təxminən iki min il əvvələ aid, Klassik Maya dövründə hazırlanmış orijinal artefakt olduğu təsdiqlənib.

Mütəxəssislər əsərin yüksək maddi dəyərə malik olduğunu bildirsələr də, sahibi onu satmaqdan imtina edib. O, mədəni irsə hörmət əlaməti olaraq qədim vazanl Meksika hökumətinə qaytarmaq qərarına gəlib.

Tarixi əsər rəsmi mərasimlə Meksikaya təhvil verilib və ölkənin muzey fonduna daxil edilib.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

NATO baş katibi Mark Rutte: Əsas təhlükələr Rusiya, Çin və Şimali Koreyadır

Aynur Camal

Macarıstan pul vahidləri avroya keçməyi hədəfləyir

Aynur Camal

Alimlərdən yeni iddia: Su iki fərqli mayenin qarışığı ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu