Image default
Hadisə

ABŞ-da evə düşən meteoritdə Yer kürəsində rast gəlinməyən üzvi maddələr aşkarlandı

Bugun.tv xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında yaşayış evinə düşən meteorit üzərində aparılan tədqiqatlar zamanı Yer mənşəli olmayan üzvi birləşmələr və həyatın yaranması üçün vacib hesab edilən molekullar müəyyən edilib.

Hadisə Nyu-York səmasında səsdən sürətli hərəkət edən meteorun atmosferə daxil olmasından sonra baş verib. Təxminən 1 kiloqram ağırlığında olan meteorit evin damını deşərək yataq otağına düşüb.

Ev sahibi güclü zərbə səsi eşitdiyini, otaqda kükürd qoxusuna bənzər iy hiss etdiyini və ətrafa qara tozla yanaşı xırda qaya parçalarının yayıldığını bildirib. O, meteorit hissələrini əlcəkdən istifadə edərək şüşə qabda qoruyub saxlayıb ki, bu da nümunələrin çirklənməsinin qarşısını alıb.

SETI İnstitutuNASA Ames Araşdırma Mərkəzi alimlərinin apardığı analizlər meteoritin nadir rast gəlinən CM1/2 karbonlu kondrit növünə aid olduğunu göstərib.

Tədqiqat zamanı meteoritdə Yer üzərində demək olar ki, rast gəlinməyən amin turşuları, müxtəlif üzvi birləşmələr, karbon və azot tərkibli maddələr, həmçinin həyatın yaranması üçün əsas hesab olunan prebiyotik molekullar aşkar edilib.

Alimlər hesab edirlər ki, bu cür meteoritlər milyardlarla il əvvəl Yerə düşərək həyatın yaranmasına təkan verən üzvi maddələrin planetimizə daşınmasında mühüm rol oynamış ola bilər.

Araşdırma həmçinin göstərib ki, meteorit Asteroid qurşağının daxili hissəsindən gəlib, atmosferə saatda təxminən 51 min kilometr sürətlə daxil olub və 35 kilometr yüksəklikdə parçalanıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Parkın altında gizlənən sirr: Ziyarətçilər illərlə fərqinə varmadan tarixi su anbarının üzərində gəziblər

Aynur Camal

Meşə yanğınları Toronto havasını dünyanın ən çirkli səviyyəsinə çatdırıdı

Aynur Camal

Yunanıstanın müxtəlif bölgələrində ərazilərdə yanğınlar baş verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu