Dünya

ABŞ deportasiya reysini bərpa etdi

ABŞ iyun ayında Venesuelada baş vermiş dağıdıcı zəlzələlərdən sonra ilk dəfə bu ölkəyə deportasiya reysi həyata keçirib.

Bugun.tv xəbər verir ki, Mayami şəhərindən qalxan təyyarə ilə 148 venesuelalı miqrant Ansoategi ştatındakı General Xose Antonio Ansoategi Beynəlxalq Hava Limanına çatdırılıb. ABŞ Daxili Təhlükəsizlik Nazirliyi deportasiya əməliyyatının uğurla başa çatdığını təsdiqləyib, lakin təhlükəsizlik səbəbindən gələcək uçuşlarla bağlı əvvəlcədən məlumat verilməyəcəyini bildirib.

ABŞ administrasiyası iyun ayına qədər hər həftə yüzlərlə venesuelalını deportasiya edirdi. Lakin ölkədə baş verən 7 bal gücündə zəlzələlər nəticəsində minlərlə insanın həlak olması və genişmiqyaslı dağıntılar səbəbindən deportasiya reysləri müvəqqəti dayandırılmışdı.

Venesuela hökumətinin repatriasiya proqramına rəhbərlik edən Mervin Maldonado geri qayıdan miqrantları qarşılayaraq onların ailələri ilə yenidən birləşəcəyini, təhsil və əmək fəaliyyətini davam etdirəcəyini bildirib.

CNN-in məlumatına görə, deportasiya reyslərinin bərpası Vaşinqton və Karakas arasında miqrasiya sahəsində əldə olunmuş razılaşma çərçivəsində həyata keçirilir. BMT isə Venesuelanın zəlzələlərdən sonra uzunmüddətli bərpa prosesi ilə üz-üzə qaldığını və ölkə iqtisadiyyatına ciddi zərər dəydiyini vurğulayır.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Dunay çayının səviyyəsi aşağı düşdü, qədim Roma körpüsünün qalıqları üzə çıxdı

Aynur Camal

Londonun məşhur pablarında ayaqüstə içki qəbulu məhdudlaşdırıla bilər

Aynur Camal

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu