Dünya

ABŞ-ın 14 ticarət tərəfdaşına yeni gömrük rüsumları tətbiq etmək planı mübahisə yaratdı

ABŞ Prezidenti Donald Tramp administrasiyasının 14 iqtisadi tərəfdaşa qarşı yeni idxal rüsumları tətbiq etmək planı beynəlxalq ticarət mübahisələrini yenidən gündəmə gətirib. Çin, Yaponiya və digər ölkələr Vaşinqtonun qərarına etiraz edərək onların sənaye istehsalını süni şəkildə artırmaqda ittiham olunmasını qəbul etmirlər.

Bugun.tv xəbər verir ki, bu barədə “Associated Press” agentliyi noyabrın 26-da məlumat yayıb.

ABŞ Ticarət Nümayəndəliyinin araşdırmasından sonra hazırlanan təklif Çin, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, Hindistan, Tayvan, Vyetnam, Malayziya və digər iqtisadi tərəfdaşları əhatə edir.

Təklifə əsasən, Çin məhsullarına 20 faizə qədər əlavə rüsum tətbiq oluna bilər. Çinlə danışıqlarda kifayət qədər irəliləyiş əldə edilmədiyi təqdirdə bu göstəricinin 40 faizə çatdırılması da nəzərdə tutulur. Yaponiya üçün 15 faizə, Vyetnam üçün isə 35 faizə qədər rüsum təklif edilib.

Pekin bu yanaşmanı tənqid edərək ticarət müharibələrinin heç bir tərəfin maraqlarına xidmət etmədiyini bildirib. Yaponiya da Vaşinqtona rəsmi etirazını çatdırıb.

Yeni rüsumların gələn ilin əvvəlində qüvvəyə minməsi gözlənilir. Təklif hələ yekun qərar deyil və ölkələr arasında müzakirələr davam edir.

Mənbə: Associated Press

Aynur Camal

Oxşar xəbərlər

İranda istehsal olunan pilotsuz uçuş aparatlarının Küveytdəki hücumu iki italiyalının ölümünə səbəb oldu

Aynur Camal

Aİ liderləri Ukraynaya 45 milyard avroluq maliyyə dəstəyini müzakirə edir

Aynur Camal

BBC: Ukrayna müharibəsində 490 mindən çox rus hərbçisi həlak olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu